XƏBƏRLƏR

CAFERİDER sədri din xadimləri ilə görüşdü

12 Oktyabr 2021 889

Türkiyənin Cəfərilik inancının tanıtım, araşdırma və tədris dərnəyinin (CAFERİDER) sədri  Həsən Babur  Azərbaycana səfər edib. Səfər zamanı H. Babur Azərbaycanın tanınmış din xadimləri ilə, o cümlədən ilahiyyatçı Hacı Şahin Həsənli ilə görüş keçirib.

 

Görüş zamanı CAFERİDER sədri Türkiyə cəfərilər lideri Səlahəddin Özgündüzün salamlarını çatdırıb.  Qonağı salamlayan Hacı Şahin Həsənli Şeyx Səlahəddin Özgündüzün Azərbaycana dəstəyini hər zaman hiss etdiyini bildirib.

 

Görüş zamanı din xadimləri Azərbaycan və Türkiyədə dini vəziyyəti müzakirə edib, qarşılıqlı əməkdaşlığın vacibliyindən danışıblar.

 

 

hacishahin.az