XƏBƏRLƏR

Bayramın tarixi ilə bağlı tərəddüdə yer yoxdur

25 İyun 2017 998

"Qurani-Kərimdə açıq-aşkar qeyd olunub ki, ayı gördüyünüz zaman oruc tutun”. Bu sözləri modern.az-a bayramın tarixi ilə yaranmış bəzi fikirlərə cavab olaraq hacı Şahin Həsənli deyib.

 

“Ümumiyyətlə orucluğun daxil olub, çıxması ayın görünməsi ilə bağlıdır. Azərbaycan ərazisində ay iyunun 24-ü axşam görünə bilməz ki, 25-i bayram olsun. Bunu mütəxəssislər də təsdiqləyir ki, ayın bu gün axşam görünməsi mümkün deyil. Ona görə də bayram təkcə Azərbaycanda yox, bir çox ölkələrdə iyunun 26-da keçirilməlidir. Qafqaz Müsəlmanları İdarəsi elmi hesablamalara və dini görüşlərə uyğun olaraq təqvimlər tərtib edir.  Mən də bu prosesdə iştirak edirəm. Tam məsuliyyətlə deyirəm ki, bu gün axşam ay görünə bilməz. Sabah bayram ola bilməz. Ramazan bayramı ayın 26-ı keçiriləcək. Hamı da bu təqvimə əməl etməlidir. Onun da məsuliyyəti bizim üzərimizdədir,” – ilahiyyatçı bildirib.

 

Sonda hacı Şahin Həsənli Azərbaycan ərazisində bayramın şəriət qanunlarına və elmi hesablamalara uyğun elan edilidiyini söyləyib.

 

modern.az