Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır. Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın ildönümünə həsr olunmuş növbəti anım tədbiri təşkil olunub. Bu dəfə 300-ə yaxın şəhid valideyni Fəxri xiyabanı və Bibi-Heybət məqbərəsini ziyarət ediblər. Tədbirə qatılan ilahiyyatçı Hacı Şahin Həsənli şəhid ailələri ilə birlikdə ziyarətlərdə işdirak edib, onların qarşısında çıxış edib.
Anım tədbiri səhər saatlarında II Fəxri xiyabandan start götürdü. Şəhid anaları və şəhid övladları ekskursiya avtobuslarında II Fəxri xiyabana gəldilər. Şəhid övladları öz atalarının rəsmi həkk olunmuş geyimlərdə, digər uşaqlar isə subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirə qatılmışdılar. Hacı Şahin Həsənlinin çıxışı və dualarından sonra, Xüsusi Təyinatlı Qüvvələrin zabit və əsgərləri Azərbaycan bayrağını açaraq Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər.
Anım tədbirinin ikinci hissəsi Bibiheybət məscidində davam etdi. Şəhid ailələri Həzrət Fatimeyi-Suğranın (ə) məzarını ziyarət etdikdən sonra Azərbaycanın tanınmış Əhli-Beyt (ə) məddahı Seyid Tale Əsədov azan oxudu. Şəhid valideynləri ibadət etdi, dualar oxudu.
hacishahin.az