XƏBƏRLƏR

Məscidimizdə xidmət etmiş şəhid Rüfət Əliyev anıldı

08 Noyabr 2021 398

Məşədi Dadaş məscidi dini icmasının gənc üzvləri məsciddə xidmət etmiş şəhid Rüfət Əliyevin anım mərasiminə qatılıblar.  Şəhidin məsciddəki xitmət yoldaşları və dostları onun qəbrini ziyarət edib, əklil qoyublar.  Onların bir çoxu Rüfət Əliyevlə həm də döyüş yoldaşı olublar.

 

Qeyd edək ki, Məşədi Dadaş məscidində müxtəlif dini mərasimlər zamanı təmizliyin və asayişin təmin olunmasında, habelə müxtəlif xeyriyyə aksiyalarının təşkilində könüllü iştirak edən otuzdan çox icma üzvü Qarabağ savaşı zamanı canlarını Vətən uğrunda qurban veriblər. İcmanın bir çox üzvləri isə qazi olub və hazırda məsciddə könüllü xidmətini davam etdirirlər.

 

hacishahin.az