İlk Zəfər bayramı Şuşada səhər saatlarında şükür namazının qılınması ilə başladı. Qarabağın mənəvi simvolu olan Yuxarı Gövhər Ağa məscidində qılınan namazda karantin tədbirləri səbəbilə məhdud sayda insan iştirak edə bilib. Namazdan sonra şəhidlərin ruhuna Qurani-Kərim oxunub.
Namazda iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli bayram günü ilə bağlı məsciddə toplaşan dindarlar qarşısında çıxış edib. Müxtəlif məzhəb təmsilçilərinin şükr namazı qıldığını qeyd edən ilahiyyatçı bildirib ki, Vətən uğrunda savaşda dinindən və məzhəbindən asılı olmayaraq hamı birlik nümayiş etdirdi. Onun sözlərinə görə, qələbəmiz məhz bu birlik və mənəvi yüksəklik sayəsində mümkün oldu.
hacishahin.az