Zəfrə günü şükür namazı qılmaq üçün Şuşaya səfər edən ilahiyyatçı Hacı Şahin Həsənli müxtəlif tarixi abidələr və məkanları ziyarət edib. O, Qarabağ xanlarının sarayı, Natəvan bulağı, Şuşa qala divarları, Vaqifin məqbərəsi, Cıdır düzü, şəhər bazarı, ikimərtəbəli karvansara və digər tarixi məkanlarda olub. Bununla bağlı sosial şəbəkələrdəki satatusunda ilahiyyatçı yazıb:
"Gözəl Şuşamızı ziyarət etmək növbəti dəfə nəsibimiz oldu. İllərdir düşmən əlində baxımsız qalan, dağıdılan tarixi abidələrimizi görmək çox acıdır. Amma şəhərin sürətlə bərpa olunduğunu, tarixi görkəmini yenidən aldığını gördükdə sevinməmək olmur".
hacishahin.az