XƏBƏRLƏR

“Qadına şiddətə son" - Dəyirmi Masa

25 Noyabr 2021 541

25 noyabr Qadın Zorakılığına Qarşı Mübarizə Günüdür. 


News24.az xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi tərəfdaşlığı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qadına şiddətə son” adlı tədbir – Dəyirmi Masa həyata keçirilib.


Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına dəstək olmaq məqsədi daşıyan Dəyirmi Masada dövlət qurumlarının nümayəndələri, tanınmış ictimai xadimlər, millət vəkilləri iştirak edib. 


Tədbirdə çıxış edən ilahiyyatçı Hacı Şahin Həsənli İslam qadın-kişi münasibətlərini irfani cəhətdən təhlil edərək, İslamda ailən dəyərləri və qadın hüquqları haqda geniş söz aşıb. O, qeyd edib ki, qadınlara qarşı şiddət daha çox dünyagörüşü ilə bağlıdır: " "Güclü haqlıdır" prinsipi ilə hərəkət etdikcə, cəmiyyətimizdə qadınlara zorakılıq halları artmaqda davam edəcək. 


Heç bir dində İslam qədər qadın hüquqları müdafiə olunmur. Quranın heç bir yerində qadının yaradılış cəhətdən qüsurlu olduğu qeyd olunmur. Din deyir ki, qadınlar da kişilər qədər bərabərhüquqludur".


Bunlarla yanaşı, mövzunu əhatə edən videoroliklər, Pantomim Teatrının aktyorlarının ifasında mini-tamaşanın nümayiş olunub.


hacishahin.az