XƏBƏRLƏR

“Müxtəlif dinlərin maddi-mənəvi irsi və dinlərdə musiqi” adlı konfrans

29 Noyabr 2021 555

Noyabrın 29-da Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin təşkilatçılığı ilə Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində “Müxtəlif dinlərin maddi-mənəvi irsi (Qarabağ kontekstində) və dinlərdə musiqi” adlı konfrans keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda mövcud olan multikultural dəyərlər, konfessiyalararası sıx münasibət, ölkəmizdə qədim tarixə malik tolerantlıq, qarşılıqlı hörmət və anlaşma məsələləri müzakirə olunub.

 

Konfransın aktual məsələyə həsr olunduğunu söyləyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, Azərbaycan tarixində heç zaman dini zəmində münaqişə baş verməyib. Hətta Azərbaycanda müxtəlif xalqların dini icma nümayəndələri Qarabağ müharibəsi zamanı xristian dünyasına müraciət ünvanlayaraq bildiriblər ki, Qarabağ tarixən Azərbaycan ərazisidir. Bu sənət tarix olaraq qalacaq”.

 

Bildirib ki, bəzi ölkə rəhbərləri multikulturalizmin mövcud olmaması ilə bağlı çıxışlar edirlər. Ancaq Azərbaycanda vəziyyət tam fərqlidir. Azərbaycanda dinə sevgi və tolerantlıq hər zaman hiss olunub. Burada radikal düşünən insanlar yoxdur. Musiqidə bir harmoniya olduğunu söyləyən hacı Şahin deyib: “Ruha sirayət edə bilən, insanda mərhəmət hissi aşılayan musiqiyə hər zaman ehtiyac var”.

 

Tədbirin bədii hissəsində ümumbəşər dini musiqilər səsləndirilib.

 

hacishahin.az