XƏBƏRLƏR

Yasamalda şəhidlərin xatirəsinə memorial kompleksin açılışı

30 Noyabr 2021 524

Bakının Yasamal rayonunda Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş Memorial Kompleksin açılış mərasimi keçirilib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərdə bildirilir ki, tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, komitə sədrləri, deputatlar, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov, ali təhsil müəssisələrinin rektorları, şəhid ailələri, qazilər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, tədbirə ilahiyyatçı Hacı Şahin Həsənli də çıxış edib. 

 

Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş Yasamal sakinlərinin əziz xatirəsinə həsr olunan Memorial Kompleksə 339 şəhidin adı və soyadı əks olunub, şəhidlərin adına park və bulaq salınıb.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra fəxri qarovulun müşayiəti ilə xatirə kompleksi önünə əklil və tər güllər qoyulub.

 

hacishahin.az