XƏBƏRLƏR

Qazi və şəhid ailələrinə əlil arabaları verildi

04 Yanvar 2022 362

Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı və Milli Məclisin Gənclər və İdman komitəsinin dəstəyi ilə yeni xeyriyyə aksiyası keçirilib. Beləki,  qazilər və şəhid ailələri üçün ölkəmizə 100 əlil arabası gətirilib.  Yanvarın 4-ü həmin arabalar öz sahiblərinə təqdim olunub.

 

Qeyd edək ki, əlil arabalarının təqdim olunması ilə bağlı keçirilən tədbirə ilahiyyatçı Hacı Şahin Həsənli də qatılıb.  Öz çıxışında ilahiyyatçı şəhid ailələri və qazilərin qeydinə qalmağın zəruriliyi və xeyriyyəçiliyin ictimai münasibətlərin sağlam qalmasında rolu haqda söz açıb. O, tədbirdə çıxış etdikdən sonra ölkə ictimaiyyətini təmsil edən digər qonaqlar kimi arabalardan birini sahibinə təqdim edib.

 

hacishahin.az