Bu gün ilahiyyatçı hacı Şahin Həsənli sosial şəbəkələrdəki rəsmi səhifələrində Fitr bayramı ilə bağlı təbrik paylaşıb. Təbrikdə deyilir: "Fitr bayramınız mübarək olsun! Günün batması ilə Allah ayı bizi tərk etdi. Növbəti il üçün azuqəmizi yığdıq, artıq ümid dolu qəlblə yola çıxmaq vaxtı gəldi. Allah bu yolun başlanğıcını bayram qərar verdiyi kimi sonudu da bizim üçün bayram etsin!"
Daha sonra ilahiyyatçı-alim bayramın rəmzi mənalarına toxunaraq yazıb: "Fitr bayramının əməlləri fitrə zəkatı və bayram namazıdır. Bu ayinlər birlik və yardımlaşmanı simvolizə edir. Yəni cəmiyyətin bir ay öz nəfsani istəklərinə yox deməsi həmin cəmiyyətdə qarşılıqlı etimad, sevgi və dəstəyin çiçəklənməsi ilə nəticələnməlidir. Tezliklə Yer üzündə bu dəyərlərin bərqərar olmasını Allahdan arzu edirəm!"
Silahlı Qüvvələrimizin günü ilə Fitr bayramının bir araya gəlməsini vurğulayan Ş. Həsənli təbrikini aşağıdakı ürək sözləri ilə bitirib: "Əmin-amanlıq içində yaşamağımız üçün xidmət çəkən əziz əsgərlərimizin günüdür bu gün. Allah ordumuzu işğalçı və bədxahlar üzərində müzəffər etsin! Bir daha hamınızı səmimi qəlbdən təbrik edirəm!"
hacishahin.az