İlahiyyatçı Hacı Şahin Həsənli Həzrət Fatimənin mövludu münasibəti ilə təbrik paylaşıb:
"Bu gün xanımlar xanımı Həzrət Fatimənin (s) mövlud günüdür. Qadınlığın xalis mücəssiməsi olan Fatimə tarixin ən həssas məqamında fədakar anatək meydana girərək bəşəriyyəti xilas etmək istədi. Zamanında onu tanımadılar, amma o, dünyanın qaranlığından qurtulmaq istəyən hər kəsin yolunda ulduz kimi parıldadı. Dünyanın bu ulduzun nuru ilə işıqlanması arzusu ilə bayramınızı təbrik edirəm!"
hacishahin.az