XƏBƏRLƏR

"Bu kiçik şəhidimiz işğalçıların əsl simasını bir daha göstərdi"

06 İyul 2017 843

İyulun 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Nəticədə də kənd sakinləri 50 yaşlı Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva aldıqları yaralardan dünyasını dəyişiblər.

 

İlahiyyatçı hacı Şahin Həsənli öz rəsmi Facebook səhifəsində  məsələyə münasibət bildirib. “Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman..." ayəsi ilə yazmağa başlayan ilahiyyatçı davam edib:

 

“Dünən düşmən dinc sakinlərə həmlə edərək bir daha heç bir insani qanun tanımadığını sübut etdi. Bu həm də bir qorxu nümayişi idi - onlar ordumuzla üz-üzə gəlməkdən çəkinir. Bu namərd hərəkətin nəticəsində iki yaşlı Zəhra balamız həyatını itirdi. Bu kiçik şəhidimiz işğalçıların əsl simasını bir daha bizə göstərdi. Bu yırtıcılara qarşı daim ayıq olmağımız gərəkdir. Allah tezliklə ordumuza zəfər nəsib etməklə şəhidlərimizin ruhunu şad etsin!”

 

hacishahin.az