XƏBƏRLƏR

Vitse-spiker şəhid analarını təbrik etdi

08 Mart 2022 308

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi komitə tərəfindən "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə şəhid analarının və ailə üzvlərinin iştirakı ilə tədbir təşkil edilib.

 

Tədbirdə 300-dən artıq şəhid anaları, bacıları, xanımları, ailə üzvləri, eləcə də qazilər, Milli Məclisin deputatları Jalə Əhmədova, Cavid Osmanov, ilahiyyatçı alim Hacı Şahin Həsənli, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbirdə şəhidlərimizin müqəddəs ruhu ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.

 

Tədbir şəhid övladlarının və mədəniyyət xadimlərinin şeir və ifaları ilə yekunlaşıb.

 

 

hacishahin.az