XƏBƏRLƏR

"İnsanlığın Novruzu uzaqlarda deyil" - Təbrik

20 Mart 2022 392

İlahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdə Novruz təbriki paylaşıb:

 

"Qədim zamanlardan inanardılar ki, yaradılışın dörd ünsürü var - su, od, yel və torpaq. Öz növbəsində bu ünsürlər hansısa mənəvi həqiqətin rəmzi hesab olunurdu: su - elmin, od - eşqin, yel - hərəkətin, torpaq - qüdrətin. Elm eşq yaratmalı, eşq hərəkətə təşviq etməli, hərəkət isə qüdrətə çatdırmalıdır. Yalnız bundan sonra həyat Novruza - bayrama çevrilir.

 

Xalqımız əsrlər boyu bu amalları öz adət-ənənəsində və həyat fəlsəfəsində yaşadıb. Bu ənənəni tarixin bütün keçməkeşli dönəmlərindən keçirərək bu günə çatdırıb ki, insanlıq baharın gəlişinə ümidini itirməsin. İnsanlıq ayrılıqda elmə, eşqə, hərəkətə və ya qüdrətə söykənən məktəbləri sınaqdan keçirib. Gördüyümüz bütün savaş və böhranlar bu ünsürlərin bir birndən ayrı qavranılmasına görədir.  Amma bu gün artıq onları birləşdirən bir məktəb haqda düşünənlər çoxalıbsa, ümid edə bilərik ki, insanlığın Novruzu uzaqlarda deyil.

 


Hamınızın evinə hüzur, sevgi və bərəkət arzusu ilə Novruz bayramınızı təbrik edirəm!"

 

 

hacishahin.az