XƏBƏRLƏR

Allah ayı xoş gəlir!

29 Mart 2022 2497

"İnsanları hidayət edən, aydın yolu göstərən və haqqı batildən ayıran Quran bu ayda - Ramazanda nazil olub.  Bu ayı görənlər oruc tutmalıdır... Sizə doğru yol göstərdiyinə görə Allahı böyüklüyü ilə yad edin. Bəlkə şükr edəsiniz”. (Bəqərə:185)

 

Ramazan ayı Allahın bəndələrinə böyük lütfüdür. Peyğəmbərimiz (s) buyuruduğu kimi, bu ay daxil olduqda göyün qapıları açılar və ay boyunca açıq qalar. Ramazan ayının gəlişi ilə  bəndələrin üzünə cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirlənər, günahlar isə yanar. İlahi ziyafətə hazırlaşan hər kəs bu mənəvi fəzaya xüsusi hazırlıqla daxil olar.

 

Ramazan hilalı görsənən gecə ay boyunca oruc tutulacağını niyyət etmək gərəkdir. Hilalı görən zaman ona baxıb aşağıdakı duanı oxumaq olar:

 

Rəbbi və rəbbukəl-lahu rəbbəl-aləmin. Allahummə əhilləhu əleyna bil-əmni vəl-iman vəs-səlaməti vəl-islam vəl-musaraati ilə mə tuhibbu və turza. Allahummə bərik ləna fi şəhrina haza vərzuqna xəyrah və əunəh vəsrif ənna zurrahu və şərrəh və bəlaəhu və fitnətəh.  

 

Rəbbim və rəbbin  aləmlərin rəbbi olan Allahdır! İlahi, bu ayla birgə bizə əmniyyət, iman, salamatlıq və Sənə təslimlik gətir.  Qoy bu ayda Sənin sevdiyin və razı olduğun işlərə tələsək. İlahi, bu ayı bizim üçün bərəkətli, onun xeyir və dəstəyini isə nəsibimiz et. Onun zərər və pisliklərini, bəla və pərişanlığını bizdən uzaqlaşdır.

 

Ramazan ayının ilk gecəsi müstəhəb qüsl almaq tövsiyə olunur. İmkanı olanlar “Səhifeyi-Səccadiyyə” kitabındakı 44-cü münacatı - imam Səccadın (ə) bu mübarək ayın daxil olması münasibətilə oxuduğu duanı oxuya bilər. Habelə, aşağıda göstərilən qaydada dörd rükətli namaz qılmaq da bəyənilir: 2 dəfə 2 rükətli adi namaz qılınır, hər rükətdə Fatihədən sonra 15 dəfə ixlas surəsi oxunur. Ramazan ayının digər günlərində olunan ibadətləri bu gecə yerinə yetirmək olar.

 

hacishahin.az