XƏBƏRLƏR

Şəhid ailələri ilə iftar süfrəsi

15 Aprel 2022 1173

Aprelin 14-ü Mənəvi Dünya İctimai Birliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün iftar süfrəsi açılıb.



Tərbirə şəhid ailələri,  qazilər və müharibədə iştirak edən tibb işçiləri ilə yanaşı dövlət və mədəniyyət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri də qatılıb. Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, millət vəkilləri Jalə Əhmədova və Vüqar Bayramov,  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Nəsimi RİH başçısının müavini Gülarə Verdiyeva, xalq artisti, bəstəkar Aygün Səmədzadə, dünyaca məşhur UFC döyüşçüsü Rəfail Fiziyev və digər tanınmış qonaqlar şəhid ailələri ilə birlikdə iftar açıblar.



Tədbir Azərbaycan dövlət himni ilə başlayıb, daha sonra Qurani-Kərimin ayələri tilavət olunub. Qonaqları salamlayan Mənəvi Dünya İctimai Birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli şəhidlik zirvəsi və şəhid ailələrinin Allah qatında mənəvi məqamı haqda söz açıb. Daha sonra çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev Vətən müharibəsi zamanı xalqımızın Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı zəfər və dövlətin şəhid ailələrinə qayğısı haqda danışıb. İftar zamanı zəfərimizin mənəvi rəmzlərindən olan Qarabağ qazi azanı səsləndirilib.



Tədbirin bədii hissəsində Peyman Əsədov mübarək ramazan ayının duasını, sonra isə şəhidlərə həsr olunmuş mahnı oxuyub. Daha sonra gənc rejissor Elçin Ağazadənin çəkdiyi "Səngərdə azan" bədii-sənədli filmi təqdim olunub. Tədbir gənc xanəndə Kənan Bayramlının məşhur "Bayatı Şiraz" ifası ilə tamamlanıb.



hacıshahin.az

 

VİDEO



 

FOTO

 

IMG-20220415-032717-512

 

IMG-20220415-032737-714

 

IMG-20220415-032812-869

 

IMG-20220415-033020-414

 

IMG-20220415-032817-174

 

IMG-20220415-032743-653

 

IMG-20220415-033022-566

 

IMG-20220415-032945-580

 

IMG-20220415-032753-401

 

IMG-20220415-032751-144

 

IMG-20220415-033024-694

 

IMG-20220415-033049-038

 

IMG-20220415-033050-802

 

IMG-20220415-033052-995

 

IMG-20220415-032914-869

 

IMG-20220415-032933-141

 

IMG-20220415-032801-210