XƏBƏRLƏR

Balaca Zəhranın xatirəsinə qanvermə aksiyası

07 İyul 2017 2358

Bu gün Məşədi Dadaş məscidində cümə namazından sonra qanvermə aksiyası keçirilib. Aksiya məscid icması və Milli Talasemiya Federasiyasının birgə əməkdaşlığı ilə baş tutub.

 

Cümə xütbəsi ilə çıxış edən məscidin imam-cüməsi hacı Şahin Həsənli burada toplaşan yüzlərlə inanclını talasemiyalı uşaqlara yardım etməyə çağırdı. Xətib bildirdi ki, bu ilki aksiya iyulun 4-ü şəhid olmuş balaca Zəhranın əziz xatirəsi ilə bağlı keçirilir. Namaz bitdikdən sonra dindarlar məscidin ərazisində xüsusi təchiz edilmiş yerdə qan verdilər.    

 

Qeyd edək ki, Məşədi Dadaş məscidinin icması Milli Talasemiya Federasiyası və Azərbaycan Qan Bankı ilə birlikdə hər il kütləvi qanvermə aksiyası keçirir.

 

hacishain.az