XƏBƏRLƏR

Məsciddən Pasxa sovqatı

24 Aprel 2022 479

 

Aprelin 23-ü ənənəvi olaraq Məşədi Dadaş məscidi dini icması Pasxa ilə bağlı xristian soydaşlarımıza bayram sovqatı paylayıb.


Məscid könüllülərinin təşkilatçılığı və yardımsevər soydaşlarımızın dəstəyi ilə keçirilən aksiyada dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün müraciət edənlərə ərzaq yardımı göstərilir.


Məscidin imamı Hacı Şahin Həsənlinin sözlərinə görə, insanlar dini və milli mənsubiyyətindən asılı olmayaraq bir-birinə yardım etməli, insanlığı yaşatmalıdırlar: "Azərbaycanın tolerantlıq ənənəsi dünyaya nümunədir və biz də əcdadımızın bizə qoyduğu bu irsi qorumalıyıq. Məscidimizdə tez-tez yardım aksiyaları keçirilir və heç zaman bizə müraciət edənlərin dini mənsubiyyətini sorğulamırıq. Lakin, xüsusi günlərdə çalışırıq fərqli inancdan olan həmvətənlərimizə də sovqat göndərək".


Qeyd edək ki, yardımdan yüzdən çox ailə yararlanıb. 

 

 

hacishahin.az

 

 

FB-IMG-1650747406280

 

FB-IMG-1650747402193

 

IMG-20220423-WA0108

 

FB-IMG-1650747399299

 

FB-IMG-1650747390811

 

FB-IMG-1650747382446

 

IMG-20220423-WA0120

 

FB-IMG-1650747376638