XƏBƏRLƏR

Ramazan yardımı başa çatdı

04 May 2022 392

Mübarək Ramazan ayı ilə bağlı ənənəvi olaraq Məşədi Dadaş məscidində yardım aksiyası təşkil olunmuşdu. Ay ərzində minə yaxın ailəyə birdəfəlik ərzaq yardımı göstərilib. Bayram günlərində də yardımlaşma ardıcıl iki gün davam edib. İcmanın gənc üzvlərinin təşənbbüsünə yardımsevər vətəndaşlarla yanaşı ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlər də qoşulmuşdu. 

 

Qeyd edək ki, bu ayda Məşədi Dadaş icması Pasxa ilə ilə bağlı aztəminatlı xristian vətəndaşlarımıza da ərzaq yardımı göndərib.

 

hacishahin.az