XƏBƏRLƏR

"Yaradanın adı ilə" filmi

02 May 2022 417

Azərbaycan Televiziyasında "Yaradanın adı ilə" sənədli filmi nümayiş olunub. Filmdə Azərbaycanın çoxmədəniyyətli mənzərəsi dini etiqad azadlığı bucağından işıqlandırılıb. Yaradanla ünsiyyətimiz, fərqli dini məbədlərdən tanrıya üz tutan fərqli dualarımız, ilahidən istəyimiz və gözləntilərimiz barədə olan bu filmdə Hacı Şahin Həsənli də çıxış edib.


Vətən müharibəsində işğalçılara qarşı mübarizədə çiyin-çiyinə addımlayan müsəlmanlar və yəhudilər, pravoslavlar və katoliklər, həmçinin milli azlıq nümayəndələri – Azərbaycanın haqq savaşında hamı bir oldu. Bərabərcə vuruşduq, bərabərcə zəfər çaldıq. Bu, inanılmaz bir tolerantlıq nümunəsidir.

 

hacishahin.az