Bakının "Nizami" kinoteatrında Ayaz Salayevin "Torpaq" filminin təqdimatı keçirilib. Film azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorla köçürülməsi barədə bəhs edir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifi və rejissoru Ayaz Salayevdir. Filmdə ötən əsrin 80-ci illərində erməni vəhşiliklərinin qurbanları doğma yurdlarından qovulmaqları barədə xatirələrini bölüşürlər.
Qeyd edək ki, rejissorun dəvəti ilə tədbirdə ilahiyyatçı Hacı Şahin Həsənli də iştirak edib. İlahiyyatçı qanlı hadisələrin canlı şahidləri ilə də görüşüb.
hacishahin.az
Ayaz Salayevin "Torpaq" filmi təqdim olundu
14 İyun 2022
626