XƏBƏRLƏR

MN orduda ruh yüksəkliyi mövzusunda tədbir keçirib

10 İyun 2022 18

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin psixoloqları ilə təlim-metodiki toplantı keçirilib. Toplantıda ilahiyyatçı Hacı Şahin Həsənli də çıxış edib.



Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov orduda mənəvi yüksəkliyin təmin olunması barədə ətraflı məlumat verib. Öz növbəsində ilahiyyatçı Hacı Şahin Həsənli dinin ruh yüjsəkliyinin təmin olunmasında rolu barədə çıxış edib.



hacishahin.az