Bu gün Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Füzuli rayonunun Alxanlı kəndində şəhid Sahibə ana ilə Zəhra balanın qəbrlərini ziyarət ediblər. İcma üzvləri şəhidlərin ailəsinə baş çəkərək başsağlığı verib, yas məclisində iştirak ediblər.
Xatırladaq ki, iyulun 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Nəticədə kənd sakinləri - 50 yaşlı Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva qətlə yetirildilər.
hacishahin.az