XƏBƏRLƏR

Türk xalqına dəstək olaraq vəhdət namazı qılındı

15 İyul 2017 2674

Bakıda Heydər məscidində 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü ilə bağlı vəhdət namazı qılınıb. Həmin hadisələr zamanı Fətullah Gülənin başçılıq etdiyi terrorçu təşkilat Türkiyənin qanuni hökumətini devirməyə cəhd göstərmişdi.

 

Tədbirə qatılan ilahiyyatçı hacı Şahin Həsənli yerli və Türkiyə mətbuatına açıqlama verib. Onun sözlərinə görə, müxtəlif məzhəblər həmişə Azərbaycanda sülh içində yaşayıb və vəhdət namazlarının keçirilməsi İslami birliyin möhkəmlənməsinə yardım edir. Bu günükü vəhdət namazının qılınma səbəbinə toxunan ilahiyyatçı qeyd edib ki, Azərbaycan ictimaiyyəti hər zaman Türkiyədəki hadisələri həssaslıqla izləyir. "Ötən il din libasına bürünmüş ekstremist təşkilat türk xalqının qanuni seçdiyi hökuməti devirərək zorla hakimiyyəti ələ keçirməyə cəhd etmişdi. Öz millətini bu faciədən qorumaq üçün canlarını qurban verənlər böyük ehtirama layiqdirlər. Bu gün biz həmin qurbanları yad etmək, qardaş türk xalqına dəstəyimizi bildirmək üçün bura gəlmişik,” – Ş. Həsənli deyib.

 

Qeyd edək ki, QMİ sədri şeyxülislam hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınan namazda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.

 

hacishahin.az