“Milli Mətbuat Günü münasibətilə bütün mətbuat işçilərimizi təbrik edirəm!” – bu sözləri öz rəsmi Facebook səhifəsində ilahiyyatçı hacı Şahin Həsənli yazıb.
Jurnalistləri peşə bayramları münasibətilə təbrik edən Ş. Həsənli qeyd edib: “Bəlkə də cəmiyyətimizdə ən çox tənqid olunan peşələrdən biri jurnalistikadır. Bu da təsadüfi deyil: hər gün ünsiyyətdə olduğumuz və dünya ilə təmasımızı təmin edən bu sahədən gözləntilərimiz həddən çox ziyadədir. Lakin, nöqsanlar həmişə olub və olmalıdır ki, bizi təkmilləşməyə təşfiq etsin. Azərbaycan mətbuatının öncəki illərə nisbətdə inkişafını, peşəkarlıq və çoxşaxəliyini görməmək olmaz. Ona görə də bu gün təbriklə yanaşı hamınıza təşəkkür etmək istərdim.Bir daha hamınızı təbrik edirəm. Uğurlarınız bol olsun!”
hacishahin.az