XƏBƏRLƏR

"İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında" konfransı keçiriləcək

05 Avqust 2017 1799

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edir. QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd idarənin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatı və İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyası ilə birlikdə avqustun 6-da İranın paytaxtı Tehran şəhərində keçirəcəyi "İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.


Tədbir Prezident İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi İli çərçivəsində  baş tutacaq. "İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfransda Milli Məclis üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək.

 

Qeyd edək ki, ilahiyyatçı-alim hacı Şahin Həsənli də nümayəndə heyətinin tərkibində Tehrana səfərdədir.

 

hacishahin.az