Avqustun 21-i Ərəfə günü İmam Hüseyni (ə) ziyarət etmək məqsədilə Azərbaycandan İraqa zəvvar kərvanı yola düşür. İlk olaraq zəvvarlar İranda yerləşən Qum şəhərində bir neçə saatlıq dayanacaqlar. Burada müqəddəs Cəmkəran məscidi və xanım Məsumənin (s) hərəmi ziyarət olunacaq. Daha sonra Məşhədə yollanan karvan imam Rzanın (ə) qonaqları olacaqlar. Üç gün Məşhəd ziyarətindən sonra həmvətənlərimiz İraqın Nəcəf, Kufə, Bağdad, Samirə və Kərbəla şəhərlərini ziyarət edəcəklər. İraq səfəri əsnasında həzrət Əlinin (ə), imam Kazimin (ə), imam Cavadın (ə), imam Hadinin (ə) və imam Həsən Əsgərinin (ə) hərəmlərində olacaqlar. Habelə, Kufənin Böyük məscidi, Səhlə məscidi, Vadius-salam qəbirstanlığı və Samirədəki müqəddəs Sərdabənin ziyarətləri də təşkil olunacaq.
Zəvvarlarımız milli bayraqlarımız, xüsusi forma və Azərbaycan dilinə tərcümə olunmuş məlumat və dua kitabçaları ilə təmin olunublar.
Karvana ilahiyyatçı-alim hacı Şahin Həsənli də qatılaraq müqəddəs şəhərlərdə xütbə ilə çıxış edəcək. Habelə, dua və ziyarətnamələri məşhur Quran qarisi hacı Ruslan Qasımov oxuyacaq. Zəvvarlarımız Qurban bayramını Kərbəla şəhərində qarşılayacaqlar. Səfər sentyabrın 3-ü başa çatacaq.
Qeyd edək ki, səfər barədə təfərrüatlı məlumat hacı Şahin Həsənlinin rəsmi Facebook səhifəsində paylaşılacaq.
hacishahin.az