Müqəddəs Kərbəla şəhərində ziyarətdə olan ilahiyyatçı hacı Şahin Həsənli öz Facebook səhifəsində Qurban bayramı ilə bağlı təbrik paylaşıb.
"Bəşəriyyətin axtarışında olduğu sülh, ədalət və azadlığın qarşısında yeganə sədd insan nəfsidir. Ona görə də xoşbəxtlik yalnız nəfsi bağlılıqları kəsməklə, eqoizmi qurban gətirməklə mümkündür," - deyə Ş. Həsənli yazıb ki, hər kəs öz İsmayılını qurbangaha gətirərsə, eşq və fədakarlıq dünyanı tutar.
"Bu, həzrət İbrahimin (ə) bizə öyrətdiyi ən böyük dərsdir. Allahdan diləyirəm ki, qurbanlarımızı bizdən qəbul etsin," - ilahiyyatçı təbrik sözlərini bitirib.
hacishahin.az