Avqustun 25-i Azərbaycandan yola çıxan Ərəfə karvanı İraqa daxil oldu. Müqəddəs Nəcəf şəhərində həzrət Əlinin (ə) hərəmi ziyarət olundu. Müqəddəs qəbrin yanında hacı Şahin Həsənli ilk imamımızın (ə) ziyarətinin əhəmiyyəti barədə söz açdı. Daha sonra ziyarətnamə oxundu, əzadarlıq keçirildi. Məclis rəsmi Facebook səhifəsində canlı yayımlanırdı.
Nəcəf səfəri müddətində karvanımız Səhlə və Kufə məscidlərini, habelə Vadius-salam qəbirstanlığını ziyarət etdi.
Ərəfə ziyarəti əsnasında zəvvarlarımız Kazimeyn və Samirə şəhərlərində İmam Museyi-Kazimin (ə), İmam Cavadın (ə), İmam Hadinin (ə) və İmam Həsən Əskərinin müqəddəs hərəmlərinə də baş çəkdilər.
hacishahin.az