Azərbaycandan yola çıxan Ərəfə karvanı avqustun 28-i son mənzilinə - Kərbəlaya çatdı.
İmam Hüseynin (ə) müqəddəs hərəminin ziyarətinə toplaşan zəvvarlar qarşısında ilk öncə ilahiyyatçı hacı Şahin Həsənli qısa moizə ilə çıxış etdi, daha sonra isə seyid Taleh Boradigahi mərsiyələr oxudu.
Avqustun 29-u İmam Hüseynin (ə) müqəddəs hərəmində xüsusi məclis təşkil olundu. Məclis hacı Ruslan Qasımovun Qurani-Kərimin tilavəti ilə başladı. Hərəmin əsas minbərində zəvvarlar qarşısında çıxış edən haci Şahin Həsənli Kərbəla hadisəsinin mahiyyətindən söz açdı. Daha sonra Seyid Taleh Boradigahi nohə və mərsiyyələr oxudu, zəvvarlarımız əzadarlıq məclisi keçirdi. Digər ölkələrdən olan zəvvarlar da məclisə qatılırdılar. Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan şəhidlərinin şəkilləri əks olunmuş plakat və Azərbaycan bayrağı şəhidlər sərvəri həzrət İmam Hüseynin (ə) pak hərəmində asılmışdı. Məclis hacı Şahin Həsənlinin rəsmi Facebook səhifəsində canlı yayımlanırdı.
hacishahin.az