Sentyabrın 2-si müqəddəs Kərbəla şəhərində ziyarətdə olan ilahiyyatçı-alim hacı Şahin Həsənli İmam Hüseyn (ə) hərəm kompleksinin rəisi şeyx Əbdülmehdi Kərbəlayi ilə görüşüb. Hərəmdəki ofisdə keçən görüşdə hərəmin dini məsələlər üzrə müdiri şeyx Əli Qaravi də iştirak edib.
Görüş əsnasında Azərbaycandakı dini durum barədə söz açıldı. Qeyd olundu ki, İraq dindarları ölkəmizdəki hadisələri yaxından izləyir və xalqımıza böyük rəğbət bəsləyir. Habelə, hərəm rəhbərliyinin sözlərinə görə, Azərbaycan Ərəfə karvanının müqəddəs şəhərdə keçirdiyi izdihamlı tədbirlər musbət səs-səda yaradıb, müxtəlif ölkələrdən gələn zəvvarların marağına səbəb olub. Bunu müsbət hal kimi dəyərləndirən hərəm rəhbərliyi gələcəkdə də əməkdaşlığın davam etdirilməsini zəruri hesab etdiyini bildirib.
Sonda haci Şahin Həsənli hərəm rəhbərliyinə hədiyyələr təqdim edib.
hacishahin.az