XƏBƏRLƏR

Ərəfə ziyarəti başa çatdı

05 Sentyabr 2017 903

Azərbaycandan yola çıxan Ərəfə karvanı 10 günə yaxın davam edən səvərini başa vurdu.

 

Sentyabrın 2-si vida ziyarəti zamanı zəvvar qrupları bir neçə tarixi məkanlarda, o cümlədən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin mızarında da oldular. Daha sonra zəvvarlarımız Beynül-hərəmeyndə toplaşaraq müqəddəs torpaqlarla vidalaşdılar. Hacı Şahin Həsənlinin çıxışından sonra məşhur məddah hacı Zahir Mirzəvi tərəfindən növhə və mərsiyələr söylənildi, dualar edildi. Son dəfə həzrət Əbəlfəzlin (ə) və imam Hüseynin (ə) hərəmlərini ziyarət etdikdən sonra karvanımız Kərbəladan çıxıb.

 

Sentyabrın 3-ü və 4-ü tarixlərində zəvvarlar vətənlərinə dönüb.

 

hacishahin.az