Avqustun 21-i Azərbaycandan Kərbəlaya yola düşən Ərəfə karvanı İrandakı müqəddəs şəhərləri ziyarət etdi. İlk dayanacaq həzrət Mehdinin (ə) adı ilə bağlı Cəmkəran məscidində oldu. Burada zəvvarlarımız üçün xüsusi ayrılmış salonda hacı Şahin Həsənli moizə etdi, hacı Ruslan Qasımov isə dua oxudu.
Daha sonra karvan Qum şəhərinə istiqamətləndi. Burada həzrət Məsumənin (s) müqəddəs hərəmi ziyarət olundu. Daha sonra zəvvarlar müqəddəs Məşhəd şəhərinə yola düşdü.
3 gün Məşhəddə dayanacaq salan karvan İmam Rzanın (ə) müqəddəs hərəmini birgə ziyarət etdi. Hacı Şahin Həsənlinin İmam Rzanın (ə) şəxsiyyəti barədə qısa çıxışından sonra, ziyarətnamə oxundu. Sonda xalqımız, ordumuz və Qarabağımız üçün dualar oxundu.
Habelə, Azərbaycandan gələn Ərəfə karvanı üçün xüsusi tədbir təşkil olundu. Tədbir hacı Ruslan Qasımovun Quran tilavəti ilə başladı, ziyarətnamə oxundu, əzadarlıq keçirildi. Moizə ilə çıxış edən hacı Şahin Həsənli imam Rzanın (ə) ziyarətinin əhəmiyyətindən və ilahi vilayətdən söz açdı. Tədbir xatirə hədiyyələrinin paylanması ilə bitdi. Qeyd edək ki, tədbirə hərəm rəhbərliyi, Almaniyadan gələn zəvvarlar və Məşhəddə dini təhsil alan azərbaycanlı tələbələr də qatılmışdılar.
Avqustun 25-i karvan İraqa yola düşdü.
hacishahin.az