XƏBƏRLƏR

"Bunlar beynəlxalq düzənin fəsadlarıdır..."

08 Sentyabr 2017 852

Hacı Şahin Həsənli öz rəsmi Facebook səhifəsində Myanmada baş verən müsəlman qətliamına münasibət bildirib:

 

"Son günlərdə Myanmada müsəlmanlara qarşı aparılan səssiz soyqırım siyasəti yenidən gündəmə gəlib. Baş verən amansızlıqları emosiyasız müşahidə etmək mümkün deyil. Lakin, hisslər problemin kökünü görməyə mane olmamalıdır, əks təqdirdə mənasız zorakılığın sonu olmayacaq".

 

İlahiyyatçının sözlərinə görə, istər Cənub-Şərqi Asiyada, istər Yaxın Şərqdə, istərsə də Afrikada adi hala çevirilmiş qətliamlar, dini və milli zəmində baş verən münaqişələr müstəmləkəçilik dövrünün səmərəsidir. "Xalqların təbii axarı ilə gedən mədəni-tarixi inkişaf prosesinə kənardan müdaxilələr, demokratik dəyərlərlə spekulyasiyalar, başqalarının maddi sərvətlərinə sahib çıxmaq cəhdləri bu qətliamları meydana gətirir. Təsadüfi deyil ki, humanizm carçıları tərəfindən bu insanlıq faciəsi müqabilində fəaliyyətsizlik müşahidə edirik. Çünki bütün bunlar dini fanatizmin püskürməsi deyil, müasir beynəlxalq sistemin fəsadlarıdır. Daha doğrusu islamofobiyadan son vasitə kimi yapışan və artıq son nəfəslərini alan bir düzənin fəsadları".


Heç bir xalqın bu vəhşiliklərdən amanda olmadığını bildirən Ş. Həsənli yazıb: "Ürək yandıran bu hadisələrin davam etməməsi üçün problemin kökünü görmək və ona uyğun əlac axtramaq lazımdır. Myanmada günahsız yerə öldürülən minlərlə insanlar üçün Allahdan rəhmət diləyir, haqq-ədalətin tezliklə bərpa olunmasını dua edirik".

 

hacishahin.az