XƏBƏRLƏR

Jurnalistlər üçün müsabiqə

13 Sentyabr 2017 1615

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası və Bakı şəhər Məşədi Dadaş Dini İcması “İslam həmrəyliyi və media” mövzusunda yazı müsabiqəsi keçirir.

 

SalamNews-un məlumatına görə, müsabiqəyə 2017-ci ilin sentyabr ayının 13-dən noyabr ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. İlk 3 yeri tutanlara mükafat olaraq 1000, 800 və 600 manat veriləcək. Bundan əlavə, həvəsləndirici mükafat kimi 12 nəfərə 100 manat təqdim olunacaq.



Qeyd edək ki, yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də 
verilməlidir və hər kütləvi informasiya vasitəsindən yalnız bir material qəbul ediləcək. Eyni KİV-dən iki və daha çox müəllif müsabiqədə iştirak edə bilməz.

 

Qaliblər bu ilin dekabr ayında elan ediləcək.

 

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:


 1. Mövzunu dolğun əhatə etmə səviyyəsi;

 2. Faktlardan istifadə və araşdırmanın keyfiyyəti;

 3. İfadə vasitələrinin zənginliyi;

 4. Oxucu üçün informasiyalılıq dərəcəsi;

 5. Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə;

 6. Azərbaycanın İslam həmrəyliyinə töfhəsi;

 7. İslam həmrəyliyini zəruri edən səbəblər.
 8. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

 

İştirak etmək istəyənlərin diqqətinə çatdırıriq ki, sənədləri ms.musabiqe@gmail.com elektron poçt ünvanına təqdim etməlidirlər. Müsabiqə üçün yazılar 2017-ci il sentyabr ayının 13-dən noyabr ayının 20-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Həmçinin müsabiqə materialları ms.musabiqe@gmail.com elektron poçt ünvanına da göndərilə bilər.

 

Ətraflı məlumat üçün aşağıdakı telefon nömrələrinə müraciət etmək olar:

(012) 441 35 96 ; (055) 201 99 26; (050) 242 09 91

 

hacishahin.az