Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında İslam Həmrəyliyi ilinə həsr edilmiş “İslam Həmrəyliyi-İslam dəyərlərinin sübutudur” adlı tədbir təşkil olunub.
Tədbirdə Xətai rayon MKS-in əməkdaşları, Xətai Rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri P. İmanov, Fəlsəfə elmləri doktoru, BDU-nun professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası “İdeal Sülhün Təbliği Fondu” – nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri, Ankara “Həqiq Söz” Akademiyasının həqiqi üzvü, İslamşünaslığın Tədrisi və Tədqiqi Elmi Mərkəzinin rəhbəri Ə. Qurbanov, Azərbaycanlı ilahiyyatçı - din xadimi; “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, Dini Maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini R. Əsgərov və Bakı şəhəri üzrə məsləhətçi A. Məlikov, Multikulturaliz Mərkəzinin əməkdaşı, fəlsəfə elmləri doktoru E. Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi R. Qurbanlı, “Cığır” İctimai Birliyinin üzvləri iştirak edib.
Çıxış edən natiqlər 2017-ci ilin ölkəmizdə İslam Həmrəyliyi İli elan olunmasının əhəmiyyətinindən danışıblar.
Tədbir zamanı “Cığır” İctimai Birliyi üzvlərinin iştirakı ilə səhnəcik, İslam Həmrəyliyi İli haqqında filmin nümayişi olunub.
Sonda İslam Həmrəyliyi ilinə həsr edilmiş sərgi və stendə baxış keçirilib.
baku-art.az