Oktyabrın 7-si hacı Şahin Həsənli Abşeron rayonu Görədil kənd məscidində keçirilən İmam Hüseynin (ə) yeddisi mərasiminə qatılıb.
Məclis Quran tilavəti ilə başlayıb, daha sonra ilahiyyatçı Ş. Həsənli moizə ilə çıxış etdi. Təqva barədə danışan xətibin sözlərinə görə, bu söz əsas dini anlayışlardan biri olsa da, onun doğma dilimizə tərcüməsi həmişə dolğun deyil. Pəhrizkarlıq, nədənsə çəkinməkdən daha çox ziyandan qaçmaq anlamına gəlir. Təqva üçün isə uğurlu qarşılıq kimi belə ifadədən istifadə etmək olar - "diqqətli ol Allahı itirməyəsən, müğayət ol daha çoxunu əldə edəsən". Bu baxımdan günahdan çəkinmək təqvanın ibtidai mərhələsidirsə, Quranın daha çox işarə etdiyi ikinci, ali dərəcəli təqvadır. Eyni zamanda təqva xüsusi və ümumi ola bilər. Ümumi təqva insanın ağıl və vicdan üzündən, dini qaydalar olmadan özünü gozləməsidir. Xüsusi təqva isə ümumi təqva ilə yanaşı, dini qaydalara qarşı diqqətli olmaqdır. Sonda hacı Şahin Həsənli Kərbəla şəhidlərinin timsalında təqva nümunələrindən danışdı.
hacishahin.az