XƏBƏRLƏR

Xanımlarla bağlı sosial layihə uğurla başa çatdı

31 Mart 2017 1167

Darul-Hikmət Elm və Tədris Mərkəzi,  "Mənəvi Dünya" İctimai Birliyi və İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilən “Mənim sevimli dayəm” layihəsi uğurla başa çatıb.

 

Layihə gənc xanımların əmək bazarında iş əldə etmək imkanını asanlaşdırmaq və ictimai-sosial həyatda fəaliyyətlərinə yardım etmək  məqsədi ilə hazırlanmışdı. Beləki,  əmək bazarında daha çox peşə təhsilli ixtisaslara tələbatın olduğunu nəzərə alaraq, layihə çərçivəsində “Peşəkar Aşpaz” və “Mənim Sevimli Dayəm” adlı praktiki təlimlərə start verildi. Layihəyə əsasən, hər bir ixtisas üzrə təlim peşəkarlar tərəfindən bir ay müddətində keçirilməli və iştirakçılara müvafiq sertifikatlar təqdim olunmalıdır.

 

Dayəlik təlimləri artıq başa çatıb, aşpazlıq təlimləri isə mayda keçiriləcək.

 

Qeyd edək ki, layihənin tərəfdaşları Azərbaycan Turizm və Menecment Universiteti və Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsidir.


 

hacishain.az