Bu il Qədr gecələri iyunun 13, 15 və 17-nə təsadüf etmişdi. Quranın nazil olduğu və müqəddəratın təyin edildiyi gecəni müsəlmanlar əhya saxlamaqla – oyaq qalmaqla keçirirlər. Azərbaycanın müxtəlif məscidlərində olduğu kimi Məşədi Dadaş məscidi də əhya saxlayanlar üçün açıq idi.
Ənənəvi olaraq, saat 22:30-da məscidin axundu hacı Şahin Həsənli moizə ilə çıxış etdi, daha sonra Qədr gecəsinin dualarını burada cəmləşən minlərlə inanclı ilə birlikdə oxudu. Səhər saat 1:30-da məşhur Quran qarisi hacı Ruslan Qasımov məsciddə əhya saxlayanlarla birlikdə Cövşən-Kəbir duasını oxudu. Sonda məscidə gələnlər xalqımızın rifahı, torpaqlarımızın qaytarılması və bayrağımızın daim yüksəklərdə olması üçün dua etdilər.
Hər üç gecədə keçirilən məclisləri hacı Şahin Həsənlinin rəsmi Facebook səhifəsindən canlı izləmək mümkün idi. Qeyd edək ki, moizə və dua tədbirlərini rəsmi Youtube kanalında da izləmək mümkündür.
hacishahin.az