XƏBƏRLƏR

Məşədi Dadaş məscidində Qədr gecələri (FOTO və VİDEO)

06 May 2021 751

Bu il əhya gecələri may ayının 1-i, 3-ü və 5-inə təsadüf edib. Ölkə ərazisində olduğu kimi, paytaxtın Məşədi Dadaş məscidində də Qədr gecələri ilə bağlı onlayn proqram təşkil olunub.

 

Tədbirlər Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Hər məclis Müqəddəs Quran ayələrinin tanınmış qari Müslüm Qəhrəmanovun tilavəti ilə açılıb. Daha sonra məscidin imamı, ilahiyyatçı hacı Şahin Həsənli xütbə ilə çıxış edib, Qədr gecələrinə məxsus dualar oxuyub. Fasilədən sonra məşhur Quran qarisi hacı Ruslan Qasımovun tilavəti ilə Cövşən-Kəbir, tanınmış Əhli-Beyt (ə) məddahı Hacı Teymur Şirvanlının tilavəti ilə İftitah, Kufə münacatıKumeyl duaları oxunub. Sonda xalqımızın rifahı, bayrağımızın ucalığı və şəhidlərimizin ruhu üçün dualar edilib. Sübh namazının qılınması ilə əhya başa çatıb.

 

Mərasimlər ilahiyyatçı hacı Şahin Həsənlinin rəsmi Youtube, Facebook və İnstagram hesablarında canlı yayımlanıb. 

 

 

hacishahin.az

 

FOTO

 

Gedr-gecesi-03-05-21-3

 

Gedr-gecesi-03-05-21-5

 

Gedr-gecesi-03-05-21-6

 

Gedr-gecesi-03-05-21-7

 

Gedr-gecesi-03-05-21-8

 

Gedr-gecesi-03-05-21-9

 

Untitled

 

Untitled44

 

467

 

VİDEO